Reklam verin!
Hər şey paylaşdıqca gözəldir
 
   

 

Sayt haqqında

əyri qələmin sərgüzəştləri


Axtarış



google Azeriblog


Blogda axtarış

 

Arxiv yazılar
Dostlarımız
Açar sözlər

 kasadlıq  hamı  azeriblog  fədakar  istəyirəm  it  p  heç  osmanlı  müəllim  mədəniyyəti  pozulmuş  parking  hər  typography  rüşvət  qoxusuna  qram  service  kim  yazı  tələbə  idmət  şərq  tamah  azərbaycan  kəs  barıt  azadlıq 

Blog çarxlarımız



Sondan öncəki qərar ...

   Paylaşmaq ...bu sözün dərinliyini son vaxtlar daha yaxşı anlamağa başladım..Süurum inkişaf etmiş olmalı.Blogu yaradalı 1 ildən çoxdur ,ama mən bəzi şeyləri indi dərk eləməyə başlayıram.əslində dərk elədiklərim də ele böyük ,Kolumbun kəşflərindən deyil..Artıq bir ildən çox zaman keçib.. paylaşmaqla yola çıxan insan kimi ,anladım ki əslində mənim paylaşmağa heç nəyim yox imiş..sadəcə qırıq-quruq düşüncələrimi paylaşmaqla yetinirəm...Ama əslində bu paylaşmaq deyilmiş...Platonik paylaşmaq deyək buna.Əslində bu bir tərəfli də deyil ..Mən düşüncələrimi paylaşdım,sizlər fikirlərinizi bölüşdünüz.Ama işin platonik tərəfi var..düşüncələrimi ziyarət edənlər məni tanıyır...Ama mən bu ziyarətçiləri tanımıram.Sadəcə adlarını bilirəm..Oysa paylaşamaq bu deyilmiş məgərsə.Bu sadəcə adlarını beynimdə əzbərlədiyim bir işim olmalı...Düşünürəm yenə...sadəcə bir iki sözdür düşüncələrimdə,onsuz bundan artığın da düşünməyə yetəcək sözüm qalmadı ki ..real həyatda hamınızı görmək ümidiylə yaşayıram..çünki əksəriyətinizi üzdən heç görməmişəm..biri mənə ümid versin heç olmazsa ..çəkib buralardan getməyi hədəfləyirəm..bəlkə əsl paylaşmağı öyrənənə qədər.Sadəcə mən düşüncələrimlə yetinməyi sevmirəm..daha böyük paylaşım istəyirəm ..Qucaqlarınıza yetə bilməyən qədər..paylaşmağı bacarmadım..Çünki görmək istədiyim insanlar vardı ,ama heç birini görə bilmədim..Sadəcə reallıq axtarmaq istəyirəm..
 
                                                         

 

Açar sözlər:

İyun 25, 2009 1:42  نظر بدهید! Şərhlər(23)| 109dəfə baxılıb

Bölmə: Bölməsiz      Yazar: "3 nöqtə"


Hisslərin alovunda...

  Bu gün yenə yorğun bir hal varıydı gülümsəyən üzündə.Simasını yorğunlaşdıran səbəblər olmalıydı..Tək idi..Əslində tək qalmışdı ,ya da tək idi deyə tam qərarlı deyildi.Təkliyi özü istəyə də bilərdi..Ama nəticə o tək idi.Dünən belə deyildi..Əslində o belə deyildi.Dünən elə dünən idi.Bu gün isə kədər vardı gözlərində.Dünən isə sevinc gözlərini qucaqlayırdı.Əslində iyirmi dörd saatın nə qədər alçaq olduğunu da bilirdi..Saatı sındırası deyildi ki.Faydası olmayacaqdı.Beynindəki uğultunu qovacaq bir şeylərə ehtiyacı vardı..Sevgilimi ?Boş bir şey..Dostmu ? bu ola bilərdi..



 

Ama tək dost özüm özümədir..Onsuz bu dostumu bezdirib ruh xəstəsi etmişəm..Günlər öncə rəfindəki ,az qala tozlardan adını belə oxumağa çətinlik çəkdiyi ,yaratdığı toz dumanı burnunu qıcıqlandıracaq qədər köhnə bir kitabdan oxuduğu misraları xatırladı-bəzən aşa bilmirik əzabları ,hisslər qarşısında zəif oluruq,fikirlərimiz belə ağır yaralar alır,mənəviyyatımız xəstələnir,alt üst olur hər şey bir anda..Başqa hava ,başqa mühit .Başqa üfüqlər insanın önündə.Düşüncələrimizdə dirçələn o məsum gizlilikləri tək yaşayırıq ,sirr verməmək üçün dirənirik bir birimizə.Bütün insanlar üçün dəyişməz qayda bu...Düşüncələrə girmək ,onun arzularını ,istəklərini ,daha nələri gözlədiklərini bilməmək böyük bir itkidir.Elə buna görə sirrini aça bilmədiyimiz gizliliklərin yasını tutarıq bir ömür boyu...


                                               Cızma qaralar silsiləsindən
                                                          13.06.2009

Açar sözlər:

Davamı... İyun 23, 2009 21:00  نظر بدهید! Şərhlər(9)| 53dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


Maraqsız düşüncələr..

Mən belə olmaq istəməmişdim heç vaxt.Ama təkliyi yaşamaq kimi bir sülhə tərəfdar çıxdım.bu cür olmaq istəməzdim .Ama oldum.Sonu bilinməyən insan axının içində barmaqla göstərilənlərdən oldum.Pessimist duyğuları içində cücərdən insan dedilər mənə.barmaqla göstərib hər kəsə bu odur deyərək üzərimə doğru uzanan barmaqlarla kiçiltməyə çalışdılar.Üzərimə doğru uzanan barmaqlar içimi söküb dağıtdı..Hər qəribə baxışın milyon hiyləylə manevrlə dolu nəzər ümidlərimi başdan ayağa isladıb ruh xəstəsi etdi          

 

Yenə pessimist bəstəkar qəmgin notları ,kədər pionosunda ölüm musiqisini bəstələyir.Pessimist şair qəm dolu ifadələrin ən son modelindən istifadə edir sətirlərində.Mürəkkəbi susqunluğunda donmuş qələm daha yazmır qanlı sətirləri ağlığını itirmiş ,çırkli vərəqlərdə.Nələr oldu belə ?Gələcəyə ümidlə baxan gözlər kordur artıq .Keçmiş qayıdır.Xoşbəxt günlərin hər saatı ani bir zaman kəsiyində seyr edərək gedirik.Əlimi zaman qatarının əyləcinə atıb saxlamağa çalışıram bir daha xoşbəxtliyi dadmaq üçün.Ama qatar hey gedir.Doğularkən işığa bir addım atmışdım ,indi isə qaranlığın bir addımlığındayam.Əqrəbsiz saatlardır ümidlərim.Nə geri gedir ,nə irəli.Bəzən elə gəlir ki saat olmasa yaşadığımı hiss etmərəm.Hər ürək döyüntüsünün bir çıqqıltı olduğunu unuduram.    Şamın həyat hekayəsin bilirsən mi .Bunu hər qaranlıq çökdüyündə izləyən minlərlə insan var.Ama hər kəs bu həyatı yaşaya bilməz.Sən heç həyatında kimin üçünsə yandınmı? Özün ərisən belə.o əriyir qarşılıq gözləmədən belə     Sən heç iynənin həyat hekayəsin xatırlayırsanmı ?əynindəki libasa görə ona borclusan,ama onun heç paltarı yoxdu.Heç bilirsənmi ki dəniz niyə düzludur?Göz yaşını içinə çəkir deyə.Hər kəs dərdini ona danışar.Göylər də ,sən də ,mən də.O isə sadəcə için çəkdiyi göz yaşlarını çılğın dalğalarla ovudur.    Əgər bir gün şam olarsan ,əridiyinə məyus olma.İynə olsan belə paltarın yoxdur deyə kədərlənmə.Dəniz kimi göz yaşlarını içinə çək ki başqasının göz yaşını silə biləsən.   Mənim həyat hekayəmsə sadəcə üç nöqtədir.Cümləsiz,sözsüz,hərfsiz                      

Açar sözlər:

Davamı... İyun 22, 2009 0:14  نظر بدهید! Şərhlər(11)| 63dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


......

Salam əziz dostlar .Nəhayət ki bu dizayn işini də həll edib bitirə bildim.əgər gecikmə və sizlərin narazıçılğınız varsa çəkinmədən öz irad və təkliflkərinizi verə bilərsiniz .blogumuz yenidən əvvəlki fəaliyyətinə qayıtdı..Müvəqqəti yaranmış olan texniki problemlərə görə üzrlü gördüyünüzə əminəm.Dizayn tam şəkildə hazır olmasa da minimum zamanda çatdırmağa çalışdım.qısa zamanda bəzi çatışmamazlıqları da aradan qaldırmağa çalışacam

 Məqsədimiz bacardığımız qədər keyfiyyətlı və göz oxşayan virtual dünya ilə əlaqənizi yaratmaqdır..Bir daha hər birinizi blogumda xoş gördüm dostlar

Açar sözlər:

Davamı... İyun 5, 2009 18:15  نظر بدهید! Şərhlər(15)| 118dəfə baxılıb

Bölmə: Bölməsiz      Yazar: "3 nöqtə"


I am free at last ...

 

 

 

Nəhayət ki, azadam!” (I am free at last)öz sahibindən azadıq alan kölə zəncilər vaxtilə belə hayqırardılar. 1968-ci il aprelin 4- Memfisdə, 39 yaşında irqçi gülləsinə tuş gələn M.L.Kinqin(Martin Lüter King)) baş daşında bu sözlər həkk olunub. Ölümündən 2 ay əvvəl öz kilsəsindəki moizədə isə Kinq belə söyləmişdi:

 

«...Mənim əcəl saatım yetişəndə, kim yanımda dayanacaqsa, qoy indidən bilsin, dəfnimin uzanmasını istəmirəm. Qəbrimin üstündə kəlmə kəsməyə adam tapılsa, ona deyin ki, sözü çox da uzatmasın. Tapşırarsınız ki, mənim Nobel mükafatı almağımı yada salmasın. Onu da ağzından qaçırmasın ki, mənim üç yüz, ya dörd yüzəcən başqa mükafatlarım da olub. Axı kimin nəyinə lazım...

İstəyirəm həmən günü onu deyəsiz ki, mən ədalətli olmağa çalışmışam. Həm onu deməyə diliniz dönsün ki, ömrüm boyu mən acları doyurmağa, lütləri donaltmağa cəhd göstərmişəm. İstərdim qəbrimin üstündə deyəsiz ki, məhbəsdə olanlara baş çəkmək həmişə ağlımda olub. İstərdim bir onu nəzərə çatdırasız ki, mən bəşəriyyəti sevməyə, ona xidmət göstərməyə can atmışam!

Lap ürəyinizdən keçsə, bəyan eləyərsiz ki, mən təbilçi idim, ədalət təbilçisi. Daha doğrusu, sülhün təbilçisi olmuşam... Yerdə qalana hacət...

Məndən sonra pulum, malım, bahalı əmlakım qalacaq. İstərdim ki, məndən sonra yalnız amala həsr olunmuş həyatım qalsın.

Mənim demək istədiyim bax budur...»,

 

                                                                            Hikmət Hacızadənin qeydlərindən

Açar sözlər:

Davamı... May 13, 2009 21:28  نظر بدهید! Şərhlər(5)| 95dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


.......(təklik nöqtələri)

 

Onun tək bir ümidi vardı ..Yalnızlıqdan qurtulmaq.....Hər dəfə  içində özüylə söhbətlər sıxmışdı ...həyatı yeni yeni anlayan bu gəncin ölüm yaşam mübarizəsi səngimirdi..Ovunu hələ də tapa bilməyən ovçu kimiydi ...hədəfi nədir ? haraya qədərdir ...

 

 

Bəzən sükütu ilə dənizi utandıracaq qədər sakit ,bəzən isə fırtınanı qorxudacaq qədər qəzəbli..

Bəzən birilərini öldürəcək qədər cəsarətli ,bəzən isə düşməninə əl uzadacaq qədər şəfqətli ..

Bir qələmi vardı ,yazmağa utanan ,yazmamağa heyfislənən ..bir kağızı vardı paklığa öyrəşən ,həqiqətləri sinəsində gəzdirən ...Bir ürəyi vardı alov tək isti , soyuq qəlbləri isidən ..İynə deyərdilər adına ..hər kəsi bəzərdi ..özündən başqa ..Kimini xatirində gülümsəyən o şən insan ,kiminin xatirində  qəzəbi göyləri çartladan ...Kiminə dost oldu ,kiminə qardaş ..kiminəsə nəsə ..Ama onun arzusu insan olmaqdı ..bu mərtəbənin şərəfini dadmaq istəmişdi hər zaman ...qısa yazılmış rolunu az olsa belə yenə də oynamaq istəyirdi ..sadəcə mənalı ömür üçün ..İnsan olaraq ..Əsl insan olaraq ..

   Qırıq düşüncələrini kağıza yazmağı çox sevərdi ..Qorki kimi qələm artıq onun həyatının bir parçası halına gəlmişdi ..O Qorki olmaq istəmədi ..Arzusunda belə deyildi ..Sadəcə o qələmini çox sevirdi ..hər gün bir şeylər yazmaq daha çox rahatladırdı onu ..Bəzən yazdıqlarını cıran ,bəzən isə bunlar məndən qalan tək yadigarlar deyə düşünən insan ...

   Abstrak düşüncələr onu ətrafındakılara dəli kimi tanıtmışdı bəlkə də ..Fantaziyasının son kuliminatsiya nöqtəsinə kimi ,qələminin gəzişən çarxında yer almışdı ..Barmaqlar işləyir ,beyin donur ,və ağ kağız öz paklığını itirir ...Həqiqətlərin pəncəsindən qurtulmaq istəyir  hər yazdığı kağız parçası ..

    Heç vaxt yazdığı hər vərəqi yenidən ikinci dəfə oxumaz...bir dəfə yazar və onunla hər şey bitər ..

    Qalan yazıları ,cırdıqlarının sadəcə kiçik bir hissəsidir ...bir gün qalanlarını da yandıracaq ..Onsuz bir gün bədahəti bitincə kim sevəcək ki ...

Bir zamanlar bu yazı da cırılanlar siyahısında idi ..ama nədənsə həmin an cırılmadı və sağ qaldı ...

Açar sözlər:

Davamı... Aprel 29, 2009 0:48  نظر بدهید! Şərhlər(14)| 158dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


Kibrit...

 

   "Sənin ruhun qocalıb"...bu sözləri bir zamanlar yaxın bir insan demişdi ..O zamanlar fikir verməmişdim..Daha doğrusu sözün mahiyyətini tam mənasıyla anlamamışdım..Hərdən də- nə tez qocaldın şair deyərdilər..Qocalıram....ruhum qocalır.Son zamanlar bunu daha çox hiss etməyə başladım nədənsə...İyirmi bir yaşında, siyah saçı bəyazlar əvəz etsə bir də...

 

   Çox zaman etdiyim bir hərəkət..kirit çöpünün yanmasını seyr etmək..Nədənsə həyatı bir kiprik çöpünün yanmasına bənzədirəm..Dünyaya gələrsən bir qığılcım tək ..sonra tədricən ətrafa işıq saçarsan ..sonra yavaş yavaş sönüb gedərsən ...Hər insan bir kiprit çöpüdür..kimisi yanıb özü sönər ..kimisini isə yarı yolda külək söndürər ..sona qədər yanıb bitməz.

   Bəzən həyat insanı yanmış kibrit çöpü halına gətirər ...heç bir işə yaramayan , zavallı yanmış kibrit çöpünə...Onun özü özünü yandırmağa qığılcımı olmaz..bir zamanlar vardı ,bu günsə yoxdur onu alovlandıran qığılcım..şansını bir dəfə itimiş ,və ya düşünülmədən hərəkət edən insan personajıdır yanmış kibrit çöpü...özü özü ömrünü bitirməyə gücü yetməz ..onu həyata qaytaran atəş gərəklidir ona ..hələ də qığılcım yaratma gücü olan kibrit çöpləri...alovlanan məşəllərindən bir parça versələr ,o  da yarımçıq qalmış ümidlərini yenidən alovlandıra bilər ..

    Bu  dediklərim sadəcə kibrit çölərinin həyat hekayələrini insanlara necə bənzəməsidir ...Kibriti yandıran da insandı ,onu yarımçıq qoyub söndürən də ..Kibritin yanmağı da ,sönməyi də insanın əlində baş verir ...Bir toxunuşla sönməyi bacaran bu alov parçası insan əlində doğulur ,yaşayır və ölür ...onun həyat  ipi insanın əlindədir ..İnsanın həyat ipi kimin əlindədir ? Çox düşünməyin..öz əlinizdədir..Yanmış kibrit çöpü olmamaq istəyirsənsə ,sənə verilən şansdan istifadə etməyə çalış...Düşünülməmiş səhv addımların səni də yanmış kibrit çöpü edər ..Bəlkə nə zamansa səni alovlandırmağa başqa kibritlər əl tutar...Ama bir zamanlar sən də onlar kimiydin...

 

 

                                                                                                             25.04.2009

Açar sözlər:

Davamı... Aprel 26, 2009 11:39  نظر بدهید! Şərhlər(13)| 145dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


"Sən" ...

 

     Demə heç vaxt sevməyəcəyəm ...Gün gəldi və sən aşiq oldun.Heç zaman olmadığın kimi ..sən də nələrsə gözlədin bu sevgidən ..nədənsə aşiqlər tək bir şey istərmiş sevgidən..Sevilmək....Xoşbəxt olmağa çalışmaq .Ama sən tamam fəqli şeylər istədin.

 

  İlk öncələri hər şey gözəl davam edər hər kəsdə..çünki qarşındakını kəşf etməyə çalışmaq zövq verər insana...kəşf etdin...etdin ...etdin.insanın daxilinə kəşf səyahətin bitincə daha böyük şeylər istəməyə başladın..ondan kor olmasını istədin...bütün qızlara kor olmasını ..sadəcə səni görməsini ,sadəcə səni sevməsini istədin..həmişə qısqandın ..sıxdın onu kor etməyinlə bərabər ..Allahdan arzu etdin ki kor olsun o ..məndən başqasını görə bilməsin deyə..sonunda kor oldu o ...ama sən kor bir insanı sevə bilmədin ..illərdir arzuladığın arzun mənzilə çatması sevindirmədi səni ...artıq o insan səndən başqasını görmür ..gördüyü və xəyalında canlandırdığı sonuncu qadın sən oldun ..Ama sən kor bir insanı sevmədin ..çünki  kordur deyə..
    Kor etdiyin azmış kimi ondan səndən başqa heç bir qadını sevməməyini istədin ...bunun mümkün ola bilməyəcəyini anlamayacaq qədər gözlərin tutulmuşdu ..çünki sən ondan mümkünsüzü istəmişdin...çünki hər bir kişinin sevəcəyi ilk və son qadın var..o sən deyildin..çünki onu həyata gətirən vardı...o qadın təkdir və hər kəs onu sevər ...O Anadır...Səni anasından çox sevə bilməzdi ...O Anasını seçdi ..İllərdir qayğısını çəkən anasını...və həyatı boyu sevdiyi ilk və son qadın o olacaqdı ..
   Onun həmişə sənin olmasını ,heç zaman səndən ayrılmamasını istədin ..hər zaman xəyal etdin bunu ..sonunda buna məhkum edildin...bəs niyə ömrünün sonuna kimi sevdiyin bir insana ,xəstəliyini qəbul etməyib yanında bir ömür boyu qalmadın ? Ama üç gün öncə belə düşünmürdün....ondan ayrılsaydın öləcəyini düşünürdün..
   Hər zaman xaricini gözəlləşdirdin..gözəl görsənmək üçün etmədiyin qalmadı ..ama heç bir zaman daxilini gözəlləşdirməyini ağlının ucundan belə keçirmədin...hər zaman belə gözəl qalacağını zənn etdin...zaman gəldi və sən gözəlliyini itirdin..Mənəviyyatını gözəlləşdirməyə vaxtı olmayan insan ,zahirini itirəndən sonra sadəcə boş bir ət parçası olduğunu anladın ...sadəcə şəkilləndirilmiş ət parçası və sümük yığını ..

 

 

Bir gün dünyadan köçərkən ,arxanca tökülən sel kimi yaşlara görə kədərlənmə ..çünki bu göz yaşları sənin haqqındır ..hər insan üçün göz yaşları tökülməz ...

 

 

                                                                                                                                                                            22.04.2009

Açar sözlər:

Davamı... Aprel 23, 2009 9:03  نظر بدهید! Şərhlər(12)| 128dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


Dəniz....

    Dəniz yenə mən gəldim sənə ...söz vermişdim axı sənə gələcəm deyə.yadındadır demişdin bir gün özünü tək hiss edərsən ,mənim yanıma gəl..sənə dalğalarımı göstərəcəm ..onlar sənə tənhalığı unutduracaq deyə...Gəldim dəniz ..o söz verdiyin dalğalarını görmək üçün..o məni tənhalıqdan qutaracaq dalğalarını almağa gəldim...Mən çox dəyişdim bilirsənmi ?  gülümsəyən insandan əsər yoxdu ..Ama sən heç dəyişməmisən..Yenə əvvəlki tək dalğalarını çilpaq qayalarda oynatmaqdan həzz alırsan ...o əvvəlki dənizsən ki ,dibindəki yosunların saçlarını yolmasını indi də görürəm ...

 

...Ama mən..çox dəyişdim dəniz!!!!qəzəbini içində boğub ,saatlarla səbr etməyi bacaran insan artıq bir sözdən belə partlamaq dərəcəsindədir..hər kəsi sevən insan ,artıq az qala hər kəsə nifrət  dərəcəsindədir ..əlini hər kəsə uzatmaqdan zövq alan insan ,artıq bir gün biri bu əli qıracaq deyə qorxmaq dərəcəsindədir..görürsən çox dəyişmişəm..
    Uşaqlıqda rəssam olmağı xəyal etmişdim..ama nədənsə qismətdə sözləri ipə düzmək varmış.həmişə səni təsvir etmək iştəmişəm nədənsə..əslində səni təsvir etmək üçün bir rəng yetirmiş..Ama mən səni yüz min sözlə təsvir etməyə çalışdım həmişə...fırçam qələmim oldu...boyalarım sözlər .səni sözlərlə təsvir etmək ,rənglərdən daha çətinmiş məgərsə..kaş rəssam olardım ,səni daha rahat təsvir edə bilsəydim..dalğalarındakı qəzəbi sözlərlə ifadə edə bilmirəm ...bəlkə də rənglər olsaydı o kinli baxışları çırpılan qayalarda təsvir edə bilərdim..qayalara hər toxunuşunda ,çıxan fəryadı rənglərlə yaratmaq  da elə çətin olmazdı..ama bunu sözlərdə edə bilmirəm...sözlərlə oynamaq ,rənglərlə oynamaqdan daha çətinmiş..
 
 
 
                                                                                18.04.2009
 

Açar sözlər:

Davamı... Aprel 19, 2009 23:29  نظر بدهید! Şərhlər(13)| 138dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


boğuluram ....

Boğuluram ..Vicdan deyil..boğsaydı ölərdim o saat ..
Qoynunda neçə neçə əxlaqsızı yatıran ,qaranlıq küçənin havasıdı boğan
Sənsiz günlərin ,sənli günlərlə boğuşmasından qalxan tozdur boğan
Boğuluram ...çünki neçə neçə deyə bilmədiyim sözlər tıxanıb boğazımda
Sən də səsini çıxarmırsan ..Sənin səssizliyində boğuluram ..
Qırtlağa qədər deyilən haqsız sözlərin dənizində boğuluram ...
Yalan “səni sevirəm”lərdə boğuluram ...
Saxta gülüşlərdə boğuluram ..
Dünən də siqaret tüstüsündə boğulmaqdaydım..
Haqsız yerə axan iki damla yaşda boğuluram ...
Hələ xəyanətin boğmağın demirəm ...
Arxamca sürünən kölgəmin qaraltısında boğuluram .
Hər saat çıqqıltısında ,ömrümdən oğurlanan saniyələrdə boğuluram

Yolda oğlanın saxta baxışlarla qıza necə baxdığı boğurdu ...

Qızın da saxta naz etməyi boğurdu...

Ortadakı saxta sevgi sıxdı ..sıxdı..sıxdı..Nəhayət boğuldum

Boğuluram ,ama ölmürəm...Boğula boğula yaşayıram ...
Öldürəcək məni-vicdan ,qeyrət və əllərim                                                                        

                                                                                 12.04.2009

 

Açar sözlər:

Aprel 12, 2009 23:41  نظر بدهید! Şərhlər(11)| 165dəfə baxılıb

Bölmə: Maraqsız düşüncələr      Yazar: "3 nöqtə"


  Məqalələrin cəmi: 127   Sonrakı səhifə »

Əsas Menu
Sürətli keçidlər
Bölmələr


Əvvəlki yazılar
Keçidlər
Sorğu
Məlumatlar məncə......




 


Sayqac
 
Biz kimlərin diqqətindəyik?

  • Online users: 5
  • Keçən ayın hiti: 6567
  • Dünənki hit: 174
  • Bugünki hit: 107
  • Ümumi hit: 83763

  •  

    Blog çarxlarımız

    AddThis Feed Button
    Add to Technorati Favorites

    Ana Səhifə |  Haqqında |  Azer Tema  |  Rss

    © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzəriBlog |ReDesign: Azer Tema Vüqar İsmayılov