-
baxış176
Yaradıcılığınız nə dərəcədədir?
Yazar: Vuq@r Tarix: May 22, 2008 0:09
Ey söz əhli və şeriyyatla maraqlananlar !!!!
Söz bazarına xoş gəlmişsiniz.
Buyurun indi söz sizlərindir
“İnsan və ayrılıq”
Bəlkə də sevgidən doğulanlar az,
Bəlkədə sevgidən ölən olmayıb.
Bəlkə də sevginin nə olduğunu,
Tanrıdan savayı bilən olmayıb.
Başqa cür sevəcək sevənlər bəlkə,
Dünya dəyişəcək yerişimizi.
-----------------------------------------,
---------------------------hər ikimizi.
Son iki misranı siz tamamlayın.Şer sevgiyə aid deyil.
Kimin misrası daha cox bəyənilsə blogun ən aktiv istifadəçısi statusunu alacaq
İlk kömək üçün misra məndən.
Başqalarını siz gətirin
Bir vaxt yaşamaq da ağır gələcək,
Ölüm dəyişəcək hər ikimizi.
Şərhlər(14)
Hekayələr
-
Ruzigarim May 27, 2008 22:54
-
Şəbnəm İyun 2, 2008 15:04
2Başqa cür öləcək ölənlər bəlkə
Yenə sevgi dirildəcək hər ikimizi
-
Şəbnəm İyun 2, 2008 15:13
3Sonra əgər maraqlı olsa, yazdığım misraları aydınlata da bilərəm ki, niyə elə yazdım..
Amma, hələ bir az da düşünəm gərək
.. Görüm bəlkə başqa misralar da yazdım. Hələlik..
-
Vuq@r İyun 3, 2008 18:08
4Shebnem yazdigin misralari aydinlatarsan cox sevinerdim.Senin oz yazdigin misralar haqqinda fikirlerin maraqli olardi .
Hormetle Vuq@r
-
Şəbnəm İyun 4, 2008 15:13
5Oldu, yazıram.
Bəlkə də sevgidən doğulanlar az,
Bəlkədə sevgidən ölən olmayıb.
Bəlkə də sevginin nə olduğunu,
Tanrıdan savayı bilən olmayıb.
Başqa cür sevəcək sevənlər bəlkə,
Dünya dəyişəcək yerişimizi.
Başqa cür öləcək ölənlər bəlkə
Yenə sevgi dirildəcək hər ikimizi
Bilmirəm nə qədər doğru düşünmüşəm, ya yox, amma, yazdım..Birincisi deyildi ki, söhbət sevgidən getmir, yəni mən belə başa düşdüm ki, iki insanın sevgisindən getmir söhbət. Həm də şerin adı mənim diqətimi çəkdi. "İnsan və ayrılıq". Şerdə deyilir ki, bəlkə sevgidən doğulanlar azdır, ölən də yoxdur. Sonra da sevginin başqa cür yaşana biləcəyi deyilir və mən başqa cür öləcək ölənlər dedim, çünki, əgər sevgi dəyişiləcəksə, sevənlər bəlkə başqa cür sevcəksə, onda yəqin ki, ölüm də dəyişiləcək, başqa olacaq, amma, mütləq olacaq.
İkincisi, mən orda deyirəm ki, sevgi dirildəcək hər ikimizi, burda mənim nəzərimdə o iki şey, insan və ayrılıqdır, hansı ki, onları sevgi yenə də dünyaya gətirəcək. Bunu müxtəlif cür başa düşmək olar. Mən bu cümləmdə bir də onu demək istəyirəm ki, şerdə deyildiyi kimi, əgər, bəlkə də bir Tanrı bilirsə sevginin nə olduğunu, yenə eyni qapıya çıxıram, Tanrı yaradacaq sevgisiylə insanı və ayrılığı. Ayrılıq üçün belə birlik olmalıdır ki, ayrılıq olsun. Yəni yenə də sevgi bunları yaradacaq, dirildəcək. Ölüm isə hər zaman və nə cür olur olsun mütləq olacaq.
Bilmirəm, fikrimi çatdıra bildim, ya yox. Çox dərin düşünürəm və nədənsə fikrimi aydın yaza bilmirəm. İnşallah qaranlıq qalmaz.
Əgər nəsə aydın olmasa, Vüqar çəkinmə, soruş.
Bir də ki, sualım var. Vüqar, bu şeri kim yazıb? Sən özün bilirsənmi o misraların yerində nə yazılıb? Yoxsa deyəsən sən də bilmirsən, çünki, yuxarıda özün də cavab qoşmusan.
-
Vuq@r İyun 4, 2008 19:02
6Shebnem cox derin yazmisan.Ama anladim.cunki derin dusunmeyi men de cox sevirem.Derin dusunmeyin dunya gorusunun zenginliyinden ireli gelir.Serin her misrasini tehlil elemisen.Gozel seydir.Her insan bacarmir.Mende serin muellifini adi S.Yusifoğlu kimi yazılib.Adını men de deqiq bilmirem.
Bos misralarin yerinde bunlardir
Bir vaxt adımız da dəbdən düşəcək,
Dünya dəyişəcək hər ikimizi.
-
RAUL İyun 5, 2008 13:08
7BU SEVGI YOLUNUN 1 SONU VARDI
YOLA SALACAQDIR HER 2 MIZI
-
Şəbnəm İyun 7, 2008 16:54
8Salam.
Ay Vüqar nə tez açıqladın şerdə olan misraları?! Mən sadəcə bilib-bilmədiyini soruşmuşdum. Deyəsən fikrim şairin fikri ilə heç-üst-üstə düşməyib, amma, bu təbiidir.
Çox sağ ol, maraqlı mövzu idi.
-
Şəbnəm İyun 7, 2008 16:56
9Birdə ki, mən sənə şərh yazanda güc-bəla ilə göndərirəm. Nə vaxt sənin bloguna keçsəm kompyuter donur. Nə şans ki, indi donmadı. Mənə elə gəlir ki, bloquva yerləşdirdiyin kodlala baglıdır bu. Bəlkə fikir verəsən onlara. Nə isə, hələlik.
-
Vuq@r İyun 7, 2008 17:10
10Mence aciqlamaq ucun 3 gun kifayet eder.Men ele hemin gun aciqladim.
Komputerinin donmagina gore de uzr isteyirem.Ola biler kodlardandir.Bir daha gozden kecirerem kodlari .Deyesen o nankor kodlari tenbeh elemeyin zamani gelib.
Insallah yaxin gunlerde gozel misranin sahibini aciqlayacam.Isteseniz bu secimi tam olaraq demokratik yolla---usaqlarin oz arasinda sesverme yolu ile de ede bilerik.
-
Şəbnəm İyun 12, 2008 12:04
11Səbirsizliklə gözləyirəm.
-
Şəbnəm İyun 12, 2008 12:11
12Bir də ki, Vüqar, yuxarıda yazdığım misramda qayda pozğunluğu var. Yəni səhvə yol vermişəm. Şer özü 11-likdir. Məndə isə ikinci misrada iki heca artıqdır. Ona görə də "Yenə" sözünü yığışdırıram. Yəni belə olacaq:
Başqa cür öləcək ölənlər bəlkə
Sevgi dirildəcək hər ikimizi
-
Vuq@r İyun 12, 2008 21:15
13Sebnem duzelisin nezere alindi .Tesekkur edirem .Onu deyim men hec fikir vermemisdim.
-
RAUL İyun 14, 2008 11:06
14VUQAR MEN 1 CI YERE CIXMALIYAM YOXSA AQLIYACAM HA

- Mürəkkəb dolu qələm
- Ağlayan da insan ağladan da insan!
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Islam, Haqq Din
- Ruzigarım
- Belə baxanda...
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa



Bir günah olacaq o günlər bəlkə,
Cəzası tapacaq hər ikimizi?