Reklam verin!

 

    Admistrasiya
E-mail: vuqar-qafqaz@hotmail.com

Sorğu

  • Məlumatlar məncə......





Sayqac

    • Online now: 13
    • Keçən ayın reytinqi: 4198
    • Dünənki reytinq: 186
    • Bugünki reytinq: 141
    • Umumi gəlib gedənlər: 24988

Müxtəlif

  • baxış
    147

    Atalar unudar

    Yazar: Vuq@r Tarix: İyun 22, 2008 22:28

    unutma

    ATALAR UNUDAR

    Dinlə oğulum, bunları sənə sən yatarkən söyləyirəm. Kiçik əlini yanağının altına soxmusan, nəmli alınındakı sarı saçın yağışdan çıxmış kimi yaş. Otağına bir oğru kimi süzülərək girdim. Bir neçə dəqiqə əvvəl kitabxanada oturmuş qəzetmi oxuyarkən vicdan əzabım nəfəs kəsən bir dalğa kimi üstümə gəldi. Bir günahkar kimi yatağının başına gəldim.

    Nələrmi düşündüm oğulum? Səhər səhər hirslənmişdim. Məktəbə getmək üzrə geyinərkən səni danladım, çünki üzünü yaş dəsmalla elə silmişdin ki. Ayaqqabılarının çirkli olduğunu görüncə sənə onları təmizlətdim. Bəzi əşyalarını yerə atdığında sənə hirslə qışqırdım.

    Nahar edərkən bir çox qüsurunu tapdım. Yeməkləri ətrafına saçırdın, loxmalarını çeynəmədən udurdun, çörəyinə çox çox kərə yağı sürmüşdün. Sən oyun oynamağa gedirdin, mənsə qatarıma yetişmək məcburiyyətindəydim. Mənə baxdın əlini yellədin və "Gülə gülə atam" dedin. Mən isə qaşlarımı çatdım və "Sakit otur !" dedim sənə.

    Axşam üstü də vəziyyət fərqli idi. Evə gəlirkən səni yerə çömelmiş yoldaşlarınla oynayarkən gördüm. Corabların cırılmışdı. Yoldaşlarının qarşısında səni hörmətdən saldım və qolundan tutub evə apardım. Bu corablar çox bahalı idi və geymək istəyirsənsə diqqətli olmalı idin. Düşün oğulum bunları sənə atan söyləyirdi!

    Xatırlayırsanmı? Sonra iş otağıma girdin. Gözlərində incimiş bir ifadə vardı. Kağızlarımın üzərindən sənə baxdığımda bir an üçün çıxmağa cürət etdin. "Nə istəyirsən?" deyə qışqırdım sənə.

    Heç bir şey söyləmədən qaçıb boyuma sarıldın və məni öpdün. Həm də böyük bir sevgiylə. Sonra qaçaraq çölə çıxdın.

    Kağızım əlimdən düşdü. Mənə nələr olurdu? Davamlı sənin səhvlərini tapırdım. Səni belə mükafatlandırırdım. Səni sevmədiyim üçün deyil bu; səndən çox şey gözlədiyim üçün. Səni öz çağımın dəyər mühakimələrinə görə qiymətləndirirəm çünki.

    Halbuki sənin xeyli çox gözəl xüsusiyyətin var. Ürəyin elə uca ki! Bu gecə gəlib məni öpüşün də bunu sübut edir. Bu gecə başqa heç bir şeyin əhəmiyyəti yox oğulum. Qaranlıqda, yatağının yanında diz çökdüm və çox utanıram. Bunları sənə oyanıqkən izah etsəm də anlamazsan bilirəm. Amma sabah gerçək bir ata olacağam. Səninlə oynayacağam. Sən ağrı çəkdiyində agrı çəkəcək, sən güldüyündə güləcəyəm. Dilimin ucuna pis şeylər gəldiyində dilimi dişləyəcəyəm. Öz özümə ancaq, "O bir uşaq!" deyəcəyəm.

    Mən səni böyük bir insan kimi gördüm. Halbuki sən daha kiçik bir uşaqsan. Daha dünən ananın qolları arasında idin, başını onun çiyininə söykəmişdinil. Ah, səndən çox şey gözlədim oğulum, çox şey gözlədim.

    İnsanları tənqid etmək yerinə onları anlamağa çalışaq. Nə etmək istədiklərini anlayaq. Simpatiya, xoşgörüş və nəzakət tənqiddən çox daha faydalıdır. "Bilmək bağışlamaqdır." Dr. Johnsonun da söylədiyi kimi, "Tanrı heç insanı son gününə qədər mühakimə etməz." Onda niyə biz mühakimə edək?

    Tənqid etməyin, qınamayın və şikayət etməyin!

    Həmişə sükr edin

    Şərhlər(19) Bölməsiz

     

  1. Ruzigarim

    1
     

    Hmmm, onu deye bilerem ki, demeye sozum yoxdur.

  1. безумец

    2
     

    Hmmm. coooox sagol Vugar. Indiyedek ata ogul munasibetinde olan yazilardan en deyerlisini gordum belke de. Coooox beyendim. Hetta gozlerim yashardi. sad Cxo gozeldir. Sevirem bele yazilari. Ellerine sagliq. Bele gozel sheyleri tapib bloguna yerleshdirdiyincun sene coxlu-coxlu teshekkurler. smile

  1. Vuq@r

    3
     

    Ruzigarim oxudugun ucun cox sag ol
    --------------------------------------------------
    безумец utandim redface .Heeeeeeeee.eledir .Men de cox tesirlendim .bu tip nuanslar bezen insanalarin goz yumduqlari ,belke de onemsemediyi nuasnlardir.Ama bu cur kicik,belke de ehemiyyetsiz hesab etdiyimiz seylerin usaq psixologiyasina nece pis ve qalici tesir etdiyini unuduruq .
    Bu ise heyatdan kicik bir kadr idi . razz
    hele bu 31-ci kadra catmiyib

  1. безумец

    4
     

    Vugar, senin bu bannerinin shekili niye yoxa cixib? confused

  1. Vuq@r

    5
     

    He mende de yoxa cixib .onu bir nezerden kecirim gerek.Ama is orasindadir ki men opera isledirem .Operada sekili gosterir ancaq IE gostermir.neyse bir daha baxaram .Belke bannerimi deyisdim .bu neyse xosum gelmedi.gif rolik duzeltmek isteyirem.

  1. Şəbnəm

    6
     

    Hmmm çox təsirlidir və acıdır.. Ən əsasıda ki, uşağın atasının arxasınca əl sallayıb, gülə-gülə deməyi, atanın isə onu sərtləməyi. Ürək necə də sevgil ilə doludur ki, kinə yer yoxdur. Nə yaxşı ki... Əgər kin olsaydı o körpənin balaca qəlbində o gecə atasını öpməzdi. Axı az rastlaşmamışıq bu kimi valideynlərin hərəkətləri üzündən uşaqların psixoloji cəhətdən kinli, aciz, dalaşqan və s. kimi xüsusiyyətlərə malik olmaları. O körpənin sevgi dolu ürəyini sevdim. Çünki, atanın hirsinə, qəzəbinə qalib gəldi.
    Burda valideynləri də başa düşürəm, amma, səhv uşağın səhvini ona sərt tərzdə başa salmalarıdır. Atanın da sonda dediyi kimi, o böyük bir insan yox, balaca bir uşaqdır. Onu başqa cürə başa salmaq lazımdır.

    Çox sağ ol, Vüqar, çox maraqlı idi.

  1. Vuq@r

    7
     

    Sebnem oxudugun ucun cox sag ol.
    He duzdur cox tesirlidi..........Bunu her defe oxuduqca icimde bir xof yaranir.............Bilmirem bu neden ireli gelir .Belke de o atanin usaga qarsi etdiyini dusunub,birden men de usagima qarsi bele olacagimdan qorxdugum ucundur . Ama is orasindadir ki bu vicdan ezabi onu bir az daha olsa narahat edibse bu neye deyersen deyer.Vay o gunden vicdansiz ola ............... shocked

  1. RAUL

    8
     

    COX TESIRLIDIR COX GOZELDIR TUKLERIM BIZ BIZ DURDU

  1. безумец

    9
     

    He, bax daaa. Sen o saytda banneri ence duzeldirseneee. smile

  1. RAMZI

    10
     

    Salam admin saytin eladir.Sene emekdassliq teklif edirem,yeni banner reklami,razisan? Eger he cavab gozleyirem

  1. Vuq@r

    11
     

    OK.bu sertle menim de bannerim bu yaxinlarda olacaq.uzerinde isleyirem .sen de oz blogunda yerlesdireceksen .Eks halda teklifler ucan quslara benzer. lol Gonder gelsin reklam bannerin .bir az da o bannerini balacalasdir .

  1. RAMZES

    12
     

    Salam Vuqar.Senin bannerin hele hazir deyil? Hazir olan kimi html kodunu mene gonder saytda yerlesdirim.

  1. Ruzigarim

    13
     

    Vuqar, bannere gore sag ol. Gordum, gozlerime inanmadim razz
    Qesengdi.

  1. Vuq@r

    14
     

    Ruzigarim banneri beyendiyine sevindim .....

  1. Vuq@r

    15
     

    Ramzes bir azaciq hovselen olsun smile
    Hazir olan kimi sene HTML kodun gonderecem ...........Bez problem ...
    Prostu dizayn ustunde bir az tereddudluyem deye gecikir confused

    yaxin gunlere hazir olacaq..........Tezlikle

  1. Vuq@r

    16
     

    wink .Bez problem ........Ama lap tez tez yazi qoymaga cox da vaxtim olmayacaq.......calisacam 2 gunden bir yazi yazim.....

  1. wolf

    17
     

    senin istifadechi adin necedi???sene yazar verimdeee.

  1. wolf

    18
     

    verdim bashlaya bilersen bize ugurlar!!! shocked

  1. wolf

    19
     

    onu da deyimki yazini yazdiqdan sonra ashagida qeyd et meselen men yazinin axrinda yaziram ki BY WOLF sen de yazarsan BY VUQAR

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha