Reklam verin!

 

    Admistrasiya
E-mail: vuqar-qafqaz@hotmail.com

Sorğu

  • Məlumatlar məncə......





Sayqac

    • Online now: 26
    • Keçən ayın reytinqi: 4198
    • Dünənki reytinq: 186
    • Bugünki reytinq: 154
    • Umumi gəlib gedənlər: 25001

Müxtəlif

  • baxış
    72

    Qara divar

    Yazar: Vuq@r Tarix: İyul 8, 2008 17:22

     

    QARA DİVAR           

              Eyni ürək xəstəliyi, eyni ağrını paylaşan iki yaşlı adam eyni otağı da paylaşırdılar. Tək fərq biri pəncərə kənarında digəri isə divar dibində yatırdı. Pəncərə kənarındakı yaşlı adam hər gün pəncərədən baxaraq yoldaşına bayırda olanları izah edərdi.            

           "Bu gün dəniz sakit, yenə də yüngül külək var deyəsən, çünki uzaqdakı gəminin yelkənləri küləklə dolur. Park bu səhər sakit, iki yelləncək dolu iki yelləncək boş, dünənki sevgililər yenə gəldi, eyni yerə oturub danışmağa başladılar, əl-ələ alovlandılar, nə qədər də yaraşırlar bir-birlərinə. Ağcaqayın ağacları nə qədər gözəl yarpaqlamış, hər yer bənövşəyi bir rəng bürümüş, ərik ağacları da ağ çiçəkləriylə onlara yoldaşlıq edir. Dənizin üzərindəki qağayılar bu günkü yeməklərini axtarırlar, nə gözəl də dalırlar suya"            

         Günlər belə keçib gedirdi də ki pəncərə kənarındakı yaşlı adam infarkt keçirənə qədər, elə o anda divar kənarındakı adam düyməni bassaydı qurtaracaqdı bəlkə yoldaşını.. amma şeytana uydu, bu qədər zamandır yalnız dinləyə bilirdi, artıq görə bilərdi də, elə bunun üçün düyməni basmadı və tibb bacısını çağırmadı. Eyni xəstəliyi paylaşdığı adamı ölümə göndərdi, amma o bunun haqlı bir müdafiə etmə olduğunu düşünürdü.            

         Sabahısı gün tibb bacıları ölən yaşlı adamın yerinə onu  qoymağa gəlmişlərdi. Dərhal yatağının yerini dəyişdirdilər,həmin pəncərə qırağına uzandırdılar,  günlərdir baxmaq istədiyi mənzərəni nəhayət görəcəkdi.            

    Başını qaldırdı və pəncərədən baxdı            

              "Qapqara bir divar"

     

    Şərhlər(3) Hekayələr

     

  1. Şəbnəm

    1
     

    Bu da maraqlıdır. Amma, indi hekayə barəsində yazmayacam, bir sualım var?
    questionHekayələr kimə məxsusdur? Sənəmi, başqa bir yazaramı, yoxsa müəllifin kim olduğunu bilmirsən? confused

  1. Vuq@r

    2
     

    Bu hekayələr başqa dillərdədir ...ingilis,rus,türk...onları mən azərbaycan dilinə tərcümə edirəm...
    Sadəcə oxuyuram ,xoşum gəlir tərcümə edib sizlərlə paylaşıram...müəllifləri olanları da ,olmayanları da var ....mənim də hekayələrim var ...ama onları bura yerləşdirmirəm grin Heç kim oxumaz lol Özü də bu hekayələri oturub sakit bir şəkildə oxumaq məsləhətlidir...cünki bəzən mənasını o an anlamaq olmur smile Bu hekayələrdən nə az nə çox 700 dənəyə yaxın varımdır....hardasa 20-30 dənəsin tərcümə etmişəm...boş zamanım olduqca...belə hekayələrin nətər deyərlər xəstəsiyəm smile

  1. Ruzigarim

    3
     

    Menalidi.
    Bu hekayeni Azerbaycan dilinde burcc fm-den esitmisem, bir de Aile jurnalindan oxumusam.

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha