-
baxış198
Blog və ya sayt reklamında təcrübələrim
Yazar: Vuq@r Tarix: Avqust 3, 2008 15:00
Gözəl bir sayt hazırladınız. Dizayn və kodlaşdırma super, içindəki məlumatlar bir nömrə,görənlər bəlkə də heyran qala bilərlər.Bəs hardadır bu ziyarətçilər? Halbuki nə qədər xəyal qurmuşdunuz. Dünya qədər pul və əmək xərcləyərək bir sayt hazırlamışdınız və ziyarətçiler də özbaşına saytınıza gələcək idi? Unut bu yuxunu. Hətta saytı hazırlama əsnasında yorulduğunuz zaman özünüzü təsəlli etmək üçün də həmişə saytınıza gələcək ziyarətçiləri düşünürdünüz.Amma təəssüf ki, gercəklər belə deyi! Dünyanın heç bir yerində heç kimsənin saytına havadan ziyarətçi gəlməz buna sizinki də daxildir.
Siz istər dünyanın ən lazımlı məhsulunu satın , istər xərçəng xəstəliyinə tapdığınız çarəni saytınızda izah edin , istər insanlara milyoner olmanın yollarını izah edin . Saytınızı tanıtmasanız kimsə saytınıza gəlməz.
Heç kim yatib yuxusunda sizin saytı görə bilmə qabiliyyətinə sahib deyildir .Hətta "Toyuq belə yumurtlayarkən yumurtasının reklamını edir, qaqqıldayır.". Bəli nə qədər gülməli olsa da bu bir gərçəkdir və sizin də əlinizdə dünyanın ən məşhur qiymətli əşyası olsun- reklam etmədikcə bir işə yaramayacaq.Mən reklam deyəndə əlində tutub bar bar bağırmağı nəzərdə tutmuram .Sadəcə tanıtma kompaniyası şəklində ola bilər.
Qədim dövlərdən bir söz vardır “Türk kimi başla İngiliz kimi bitir” deyə.Biz də azəri türkü olaraq hər şeyə yaxşı başlarıq .Ama davam etdirmək gələndə isə çətinliklər çəkirik.Bir anliq tarixdə də nəzər salsaq bu xasiyyəti görə bilərik. Qəşəng bir söz vardır “Uğur qazanmaq istəyirsənsə Amerikalılar kimi düşünün, çünki Amerikalılar elmi istifadə etməkdə çox yaxşıdırlar. Yapon kimi planlayın, çünki Yaponlar səbirlə ən incə detalları planlaya bilirlər. Türk kimi başlayın, çünki Türklür pratik zəkalıdırlar və anidən hərəkətə keçən xalqdır. Alman kimi davam edin, çünki Almanlar iş disiplini çok yüksək olan bir cəmiyyətdir və son olaraq İngiliz kimi bitirin, çünki İngilislər də nəticəni incəliyər və nəticəyə baxarlar, bəhanələri xoşluqla qarşılamazlar, uğuru nəticə almaqda bilərlər.”
Bu söz həqiqətən də doğrudur. Bir webmasterliklə maraqlanan insan kimi deyə bilərəm ki sizin bu keyfiyyətlərə hər birisinə sahib olmanız lazımdır. Əgər gərçək bir müvəffəqiyyətə çatmaq istəyirsinizsə Yapon kimi planlayıb, Türk kimi başlayıb, Amerikan kimi satışa çıxarıb, Alman kimi davam edib, İngilis kimi bitirməniz lazımdır.
Bəs reklamınızı necə edəcəksiniz ?
Dünyadaki ən yaxşı alverçilər Amerikalılardır. Bu nöqtədə axtarış mühərriklərinin çoxu də Amerikalılara aiddir.
Saytınızı bir Amerikalı kimi satışa çıxarın deyərkən məqsədim bu idi.Yəni saytınız və ya yaxud blogunu axtarış sistemlərində qeydiyyatda keçirmək şərtdir
Bir Alman kimi iş intizamı ilə saytınızı daim müasir dövrə görə yeniləməlisiniz. İkinci Dünya müharibəsindən xaraba olaraq çıxan Almaniya qısa zamanda yenə Avropanın ən yaxşısı olmağı belə bacardı.
Bir İngilis kimi nəticəyə nəzəriniz cəlb edin. Nə istəyirsiniz? Pul, şöhrət, yoldaş və ya hamısımı? Nəticə ala bilməmək sizin üçün müvəffəqiyyətsizlik olmalı və həmişə daha yaxşı işləyib bəhanələri başınızdan silməlisiniz.Məsələn vaxtım olmadı sayta nəzər yetirə bilmədim,bu iş sıxıcıdır və sair belə bəhanələr.İş sıxıcıdır başlama heç bu yola.Başladınsa uğur qazanmaq istəyirsənsə bunları etməlisən.Yoxsa uğurdan əlini üz.
Və bir Türk kimi başlamaq. Yaponlar bizə niyə heyran olur bilirsinizmi? Çünki onlar bizi tanıyırlar həm də bəlkə bizdən daha yaxşı. Türk xalqı olaraq həddindən artıq praktik zəkalı bir cəmiyyətik. İstanbulun Fəthində qurudan yağlı xizəklərlə gəmi gəzdirməyi başqa kim düşənə bilərdi?
Çalışın saytınızı axtarış sistemlərində qeydiyyatdan keçirin. Bunu artıq azəriblog edib sizin üçün .Buna görə Azərbloga təşəkkür edə bilərsiniz.
Sonra açar sözlər mütəmadı olaraq saytınızda yerləşdirin .Bu çox lazımlıdır.Bəs açar sözləri necə seçək .Məsələn məndə blogda müəyyən bölmələr var .Məsələn kitab bölməsi.Sən açar söz olaraq “kitab” sözü yazsan çox aşağı nəticə əldə edəcəksən.Çünki bunu mən yoxladım .Amma sən açar söz olaraq “E-kitabxana” və ya “E-book” yazarsan daha yaxşı nəticə əldə edəcəksən .Yəni çalışın axtarış sistemlərində kitaba aid daha çox işlənən sözlərdən istifadə edin .Bu qayda bütün bölmələr üçün gecərlidir.
Bir də ki saytlar arasında dostluq əlaqələri yaradın .Həm öz saytına ziyarətci axını qazanarsan həm də özünə həmkar dost tapmış olarsan.Bəlkə həmin dostunda gələcəkdə böyük proyektlərin də ola bilər ..
Saytınıza ziyarətçi axınını artırmağın bir çox yolunu sizə deyəcəyəm
1.Yarışlar və muzakirələr təşkil edin. Mukafatlar ziyaretçinizin marağını çəkəcək və diqqət oyandıracaq . Bu sayədə yarışınıza qeyd olan insan nəticələri görmek üçün təkrar saytınıza təşrif edəcəkdir. Mukafat mütləq pul olacaq deyə bir şərt yox. Keyfiyyətli bir kitab, səmimi və gözəl bir təbrik ola bilər.Məsələn mən sevimli ziyarətçilərimin reklam bannerlərini hazırlayib onlara hədiyyə edirəm .
2.Sual cavab bölməsi aça bilərsiniz.Burda ziyarətçilər maraqlandıran suallara cavab tapma xidməti ola bilər.Məsələn PC,web dizayn saytları bundan geniş istifadə edir .Məsələn tibblə bağlı bir blogunuz və ya saytınız varsa siz ziyarətçilərinizə pulsuz şəkildə məsləhət bölməsi aça bilərsiniz.Tibbə aid və ya müəyyən tibbi problemlərə görə sizə müraciət edə bilərlər.Məsələn mən PC aid məsləhət bölməsi açmaq üzərində işləyirəm .Tam olaraq sual cavab üzərində olacaq.
3.Saytınızda dərslər verə bilərsizniz.Məsələn bir çox formlar bundan geniş istifadə edir .Bir misal göstərə bilərəm Photoshop- a aid azərbaycanda yeganə və ilk sayt vardır .Sən online dərslərlə photoshopu öyrənə bilərsən.Mən Photoshop programın həmin saytdan öyrəndim .
Sonda onu demək istərdim ki –heç vaxt düşünməyin ki mən bu blogu və ya saytı açıram ,heç kim ziyarət etməz .Sən bu düşüncə ilə yaşasan,heç vaxt uğur əldə edə bilməzsən.Sən necə hər dəfə netə girəndə xoşladığın formlara və ya bloglara daxil olduğun kimi ,sənin kimi 400.000 insani düşün yetər .Əgər sənin blogun yetəri qədər maraqlıdısra onu oxuyan əlbət tapılacaq....
Şərhlər(27)
Bunlari bilsən çox şey qazanarsan
-
Həsənəlizadə Ramin Avqust 3, 2008 18:41
-
Vuq@r Avqust 3, 2008 19:16
2Beyendiyine sevindim Ramin ...
Senin blogundan da cox deyerli meslehetler oyrenmisem ....
-
Şəbnəm Avqust 3, 2008 20:03
3Salam Vüqar qardaş.. Neçə vaxtdır yazıları oxumuram, üzürlü hesab et.
Maraqlı yazıdır. Belə məsləhətlər, faydalı yazılar kömək olur həmişə..
-
Şəbnəm Avqust 3, 2008 20:05
4Aaa birdə ki, profilindən siyasi mücrünü, gördüm və keçib baxdım. Təəssüf ki, tam oxumadım. Amma, vaxt ayırıb oxuyacağam. Yetirdiyim qısaca nəzərdən deyə bilərəm ki, maraqlı bloqdur. Uğurlar.
-
Vuq@r Avqust 3, 2008 20:28
5Salam Şəbnəm
Blogumu ziyarət etdiyin üçün çox sag ol ....minnətdaram
Gərək məni bağıslayasan ..Çünki mən mücrü adlı siyasi blog açmışam.Açandan sonra öyrəndim ki sənin də mücrün varmış .Şəkil mücrüsü..Buna görə üzr istəyirəm ...Haqqını yemiş kimi oldu ...Əhv eylə ...Ruzigarim dedi ki Şəbnəm bacının da mücrüsü var .Artiq yaratmisdim .Halal ele
İndi də senin sekil mucrune baxdim.Maraqli sekillerin varmis beeeee...
-
Ruzigarim Avqust 4, 2008 10:20
6Ramin bu məsələnin bir tərəfini işıqlandırdı, sən də digər- oldu tam.
Sual-cavab ağlıma batdı, bəlkə mən pulsuz tibbi konsultasiya təşkil edim, necə düşünürsən?
Amma apiterapiya bloqumda
-
Vuq@r Avqust 4, 2008 17:16
7
..he duzdu Ruzigarim ...Sual cavab meselesinde sen hele dusunursen ?...Sen bir kompaniyani baslat arxasi corab sokuyu kimi gelecek ...reklam desteyi kimi sene komek ede bilerem ...Ne de olmasa reklam islerinde tecrubem var ...
Reklami edib ziyaretcileri zelb etmek menden ...gerisi artiq sene dusur
-
aznax(Fehmi) Avqust 4, 2008 19:42
8vuqar qardasim yeni saytimi tv-cixardim artiq efirdedi ....qardasim mene sen saytiva qoymusan ey istifadecinin brauzeri ip adresi windows zadi hakkina kicik tablo onun kodu ma lazimdi
-
Şəbnəm Avqust 4, 2008 19:54
9Olsun Vüqar, burda nə var ki, belə?! Mücrü də bizim digər sözlərimiz kimi adi bir sözdür və mənim çox xoşladığım bir sözdür. Təəssüf ki, çoxları bu sözün mənasını bilmir və söz arxaikləşir (şəxsi fikrimdir) yavaş-yavaş. Amma, bizlər əgər bu və bu kimi başqa sözlərimizi dilimizdə işlətsək söz köhnəlmiş sözə çevrilməyəcək.
Şəkillərimə olan müsbət rəyin üçün çox sağ ol.
-
Vuq@r Avqust 4, 2008 20:24
10<center><a href="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri" _fcksavedurl="http://selfaccess.org/index.php/ziyaretci-bilgileri"><img src="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" _fcksavedurl="http://www.wieistmeineip.de/ip-address" alt="Bilgiləriniz qeyd edilməkdədir." /></a></center>
<ab:month_block>
Buyur Fehmi
-
Vuq@r Avqust 4, 2008 20:27
11Hə Şəbnəm mucru mənim də sevdiyim sözdür...
-
Ruzigarim Avqust 4, 2008 21:57
12OK. Vuqar, Apiterapiya bloqunun adini da bir az deyisdirib ise baslayiram. Her sheye gore cox sag ol!
Amma yeqinki bloqu genislendirmeli coxlu yazilar yazmali olacagam
-
Ruzigarim Avqust 4, 2008 22:18
13bu da ssilka, artiq duzeltdim, bax gor necedi?
http://apiterapiya.azeriblog.com/2008/08/04/patient
-
Kami Avqust 4, 2008 22:18
14Salam yaxşı məlumatdı yaxşı yazmısan əllərinə sağlıq.
-
asif eminov Avqust 5, 2008 16:43
15Salamlar, her kesen. ))) Necesen, Vug@r? Hmm. Maraqli meqale ucun sene coxlu-coxlu teshekkurumu bildirirem.
Inaniram ki, yaxin bir zamanda men de blogumda az-cox partlayish ederem.
Deyesen, az qalib. Deyesen, bu meqaleden sonra daha da hevesle ishe bashlayacam.
Cox sagol, qardash.
-
Vuq@r Avqust 6, 2008 9:33
16Asif qardas ele menim de meqsedim odur ki bloglarimiz gunu gunden inkisaf etsin ....
Beli blogunda partlayis etmeye ehtiyac var ...onda gor ki ziyaretcilerinden sayqacin partlayacaq
Butun blogculara arzum budur ki saytiniza o qeder ziyaretci gelsin ki sayqac partlasin ...Goren bu mumkundu
-
Turalfot Avqust 6, 2008 14:24
17Salam Vuqar. Bu posta calisacam subyektiv oldugu qeder de obyektiv yanasim. Bir az populizm gordum. Bu blogun esas meqsedi paylasmaqdi ve mene ele geldi ki sen bu postda daha cox amerika, yapon, turk alman, ingilis meselesi ile bagli bildiklerini paylasmaga calismisan. Yani mene ilk baxisdan ele geldi ki postda esas bu cehet vurgulanir ve reklam meselesi bunun ucun bir vasitedir. Bunlar menim shexsi fikrimdi. Her sey nisbidi
-
Vuq@r Avqust 6, 2008 17:57
18Maraqli ve deyerli fikirlerine gore Cox sag ol Tural ...Bilirsen burda iki mena var ....Biri sen deyendir ....
-
Vuq@r Avqust 6, 2008 18:52
19Heee Tural yadimdan cixmamisa onu deyim ..Bizim xalq xoslayir ki hemise basqa xalqlari numune gosterek onlara-"gorun yaponlar balaca baslariynan neyniller " -onda bizi bir az qidiqlayir ve neyse edirik ...yoxsa yatdiqca yatiriq ...herden bir iki dene qeyrata geleni de olur -"niye o ejdahadan bizde yoxdu "
..sen de onun kimi ola sen de o ejdahanin fermasi olar ..prostu tenbelik ..oz payima deyirem
-
asif eminov Avqust 6, 2008 23:27
20Vug@r, yuxarida blogunun bashligi olan "her shey paylashdiqca gozeldir" yazisinin shriftini deyish (istesen). Mence onda daha gozel alinar. Zennimce Shriftin olcusu ile bu shriftin gozelliyi itir. eger boyutmusense shrifti deyish. (bu menim subyektiv fikrimdir, etmeye bilersen). Eger dushunsen ki, nece (mence bilirsen) menim blogumda yuxarida yazmisham haa? Bax, ele...
-
Vuq@r Avqust 7, 2008 0:00
21
Mence de ...
-
Jhun Avqust 7, 2008 1:35
22Salam qaqash.Menim adim ceyhundur.Men azbaki.azeriblog.com-un idarecilerinden ikincisiyem.Hemde alone wolf-un qardasiyam.Menim senden bir xahisim var isteyiremki sen menim saytimi kecidlere salasan.Menim saytim ucun reklam hazirlasan men de senin saytini oz saytimda reklam ederem.Menim saytima baxsaniz bileceksiniz ki men wolf-un qardasiyam cunki saytlarimiz bir-birine cox oxsayir.Cavabinizi oz saytimda serhle gozleyirem.
Jhun.azeriblog.com ve ya zorr.tk
-
businessline Avqust 20, 2008 16:02
23Ela.
Cox qeseng meslehetler vardi.
Vaxtini bele gozel seylere hesr etdiyin ucun sag ol.
meni de dost bloglara elave et. men etdim artiq
-
Vuq@r Avqust 20, 2008 18:39
24Cox sag olun ...
men de dost bloglara elave etdim
Sayti ziyaret etdiyiniz ucun cox sag olun
-
DUYQUSAL Avqust 28, 2008 11:48
25Super.
-
Vuq@r Avqust 31, 2008 15:41
26
..beyendiyine sevindim Duyqusal
-
yusubov Sentyabr 10, 2008 17:46
27Çox gözəl məsləhətlərdir.Çalışacağam saytımı tanıdım.Sən də məni dost bloglara əlavə etsən çox sevinərəm.

- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- Islam, Haqq Din
- IT sevərlər üçün hər şey!
- UNUDULANLAR
- Belə baxanda...
- businessway.tk
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Ruzigarım
- cızma-qaralar...
- hər şey haqqında
- Medeni niyyet
- Mürəkkəb dolu qələm
- Qalereya
- Qubadli
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa
Qabaqki yazılar
- Düşündürən şəkillər silsiləsindən - "Maraq"
- Məqalənizə "duz" və "istiot" qatın
- PULSUZ Konsultasiya
- Blog və ya sayt reklamında təcrübələrim
- Yeni domain
- 2016-cı ildə Türkiyə super güc olacaq....
- Dəyərinizi bilin
- Səni yaratdı.....
- Görünüşə aldanmayın
- Qurani-Kərimin şifrəsi
Açar sözlər




Maraqlı yazıdır! Çox sağ ol Vüqar bu dəyərli məsləhətlərinə görə!