E-mail: vuqar-qafqaz@hotmail.com
Arxivlər
- Noyabr 2008 (8)
- Oktyabr 2008 (7)
- Sentyabr 2008 (5)
- Avqust 2008 (7)
- İyul 2008 (13)
- İyun 2008 (7)
- May 2008 (8)
- Aprel 2008 (3)
- Mart 2008 (22)
Keçidlər
- E- kitablar Kolleksiyası (182)
- Qafqaz Üniversiteti (137)
- Səkillərinizə effekt verin (176)
- Azərbaycan Milli Kitabxanası (M.F.Axundov adına ) (152)
- Kitab yurdu (211)
- Kitab Klub. (133)
- Əyləncəni bizimlə paylaşın (101)
- Photoshopu bizimlə öyrənin (88)
- Qrafika -Bizə qoşul (70)
- Vebzin-Alternative düşüncə (72)
- M.Ə.Rəsulzadə-Demokratiyaya ilk addım (28)
- Online now: 2
- Keçən ay hiti: 6353
- Dunənki hit: 188
- Bugünki hit: 236
- Umumi: 36141
-
baxış65
İQ nədir ?
Yazar: Vuq@r Tarix: Oktyabr 19, 2008 16:07
İQ (İntellect Quality – İntellekt səviyyəsi) anlayışını ilk dəfə 1911-ci ildə Alman B.Ştem istifadə etmişdir.Bu pointlər (xallar) vasitəsi ilə insanın yaşından asılı olaraq onun individual qabiliyyətlərini ölçən testlər toplusu sistemidir.İq-da standart məntiqi tapşırıqlar müəyyən zaman kəsiyində həll edilməlidir.İq üçün norma 100 point toplamaqdır.(Əlbəttə ki bundan yuxarı və aşağı nəticələr əldə edən insanlar var. )Kim ki 135-dən yuxarı toplayır o artıq geniusdur.(Dahidir).Məsələn George Bushun İQ-su 91 xal, Bill Clintonunku isə 182 xaldır.Albert Einsteinnin İQ-su isə 200 pointdir.Dünyada ən yüksək İQ xalının sahibi isə Missuri ştatından olan Merlin Vos Savant adlı bir qadındır.Hələ 10 yaşında ikən bu xanım 228 xal toplamışdır
P.S-Mənim İQ-üm isə 123 xal oldu..Programın söylədiyinə görə mən 25 yaşındakı insanın İQ nə malikəm ..5 il böyük fikirləşirəm deyəsən....
Buyurun sizdə öz İQ səviyyənizi ölçün: programı yükləyib siz də ölçünSayt vasitəsilə ilə də IQ yoxlaya bilərsiniz :Bura klik elə
Program Azərbaycan dilindədir
Qaynaq :
Şərhlər(1)
Bölməsiz -
baxış97
Işgüzar qeydlər.....
Yazar: Vuq@r Tarix: Oktyabr 15, 2008 19:36
Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı...
Oxu və düşün ...Düşüncələrini paylaş
Şərhlər(9)
Maraqsız düşüncələr -
baxış120
İstəyirəm....
Yazar: Vuq@r Tarix: Oktyabr 13, 2008 20:56
İlk öncə qələm ustadlarından üzr istəyirəm ...Birinci istəyim burdan başlayır .Sadəcə duşuncələrimi nəzmə çəkmək qərarına gəldim .Bilmirəm nə dərəcədə nail ola bildim ..Ama ki cəhd elədim ..Söz sənətindən çox da anlayışım olmadığı üçün ...Üzrlü hesab edin .
İstəyirəm ....
Hər kim kimi
Hər kəs kimi
İstəyirəm
Hər tərs kimi
İstəyirəm kor kimi
Tutduğun buraxmayan kimi
Hər kəs istəmirəm dedi
Mən deyirəm istəyirəm
Heç kəs kimi
Şərhlər(15)
Şer -
baxış122
Typography nədir?
Yazar: Vuq@r Tarix: Oktyabr 8, 2008 21:21Bir dəfə netdə dolaşırdım ..maraqlı bir şeyə rast gəldim...Sözlərlə yaradılmış şəkillərə.Bəli düz eşitdiniz.Sözlərin müəyyən formaları ilə yaradılmış rəsm əsərləri .Maraqlı gəldi mənə.Düzü çoxdan da belə bir şeylər görmüşdüm.Ama nədənsə maraqlı gəlməmişdi.Maraqlandım bu haqda .öyrəndim ki buna Typography deyirlər.Gəlin görək bu nə olan şeydir.Bu bir sənət növüdür.Orta əsr Osmanlı xəttatlıq sənətində typography çox rast gəlinir..Türk dünyasının bəşəriyyətə bəxş elədiyi yeni sənət nümunələrindən biridir.Çox maraqlı və ecazkar bir sənət nümunəsidir.Ümumiyyətlə türk dünyasında bu tip sənət nümunələri çoxdur.Orta əsrlərdə kitablar əlnən yazıldığı üçün xəttatlıq sənəti gözəl inkişaf etmişdir.Bu inkişafın nəticəsidir ki artıq gözəl xətt kifayət etmir .Bu gözəl əl xəttindən rəsmlər yaramaq ehtiyacı duyulur.Əslində bu movzu heç də bizə yad deyil.Atalarımız bunu ta qədim zamanlardan ediblər və xəttatlıq sənətində yazı effektlərindən fiqur ortaya qoyaraq tamamiylə özünə xas bir performans göstərmişlər.Bəzi türk bloglarında bu çür sənət əsərlərinə rast gəldim.Blog dizaynında geniş istifadə olunmağa başlanılır son zamanlarda.Bu yazımı da sizlərə bunun necə edildiyini paylaşmaqdır..əllə bunu etmək bir az çətindir .Gərək kifayət qədər dizayn işləri gərəkdirir..Bir az fantaziya qatırsan olur bitir .Mən Azəriblogun logosunu özüm hazırladım ilk element olaraq ..Sonradan netdə asanlıqla bu işi görən saytı tapdım..özüm yatardığım daha çox zövq verdi mənə.buyurun bu da sayt .istədiyini səkli birinci upload saytlarınnın birində upload edib linkini saytda verilmiş yerə paste edin .Və textorize klikləyin .Nəticəni özünüz də görəcəksiniz. Bu aşağıdakı şəkillər bu sənət nümunəsinin bəhrəsidir. Çəkillərin böyük versiyalarının görmək üçün şəkli iki dəfə klik edin ...
Şərhlər(13)
Bunlari bilsən çox şey qazanarsan -
baxış156
"Mənlik" sənlik deyil
Yazar: Vuq@r Tarix: Oktyabr 3, 2008 20:39
Özümün qələmə aldığım hekayə .....
Dərs həyacanından başları yenicə açilmışdı ...Son zəngi qeyd etmək üçün şəhərə çıxmışdı dostlar.havalar kifayət qədər isinmişdi...hər kəs bacardığı qədər yaraşıqlı görsənməyə çalışırdı.Saçını uklatka elətdirən kim , ayaqqabısının toz olmaması üçün cibində köynəyi boyda parça gəzdirən kim.Ama içlərində bir gənc seçilirdi o birisilərindən....
Şərhlər(17)
Maraqsız düşüncələr -
baxış134
Azadlıq gəlir qram qram , zənciri qırmağa calışma
Yazar: Vuq@r Tarix: Sentyabr 28, 2008 21:37
“Uşaqlıq sırlərim” yarışmasından sonra yenidən qayıtdım .Bir az əyləndik, bir birimizin uşaqlığına güldük ....fərqli uşaqlıqlar.Barmaqlar da fərqlidir .Ama bir yerə gələndə bacamadığı heç nə yoxdur .... Mono Lizanı da yaradan barmaqlar idi .Ama bir şey çatmır ...Bu barmaqları bir yerə yiğan nədir ? ...Bu insan zəkasıdır ...Biri birindən fərqli dostlari da bir yerə yığan Azəriblog oldu ..Təşəkkür Fərhad .
Şərhlər(11)
Maraqsız düşüncələr -
baxış217
Sıra məndə -Uşaqlıq sirrlərim
Yazar: Vuq@r Tarix: Sentyabr 19, 2008 20:42
“Sıra məndə-Uşaqlıq sirrlərim” adlı yarışmada Mürəkkəb Dolu Qələm adlı blogun admını Səbnəm bacım topu mənə atdı …özümü bu yarışmada görməyə şad oldum ..
Şərhlər(19)
Maraqsız düşüncələr -
baxış150
Müəllim istəsə stul ayağı , işinə yarayar xətkeş sayağı
Yazar: Vuq@r Tarix: Sentyabr 13, 2008 16:30
Zaman keçir .Bizlər gəncləşırık .Cavanlar yaşlaşırlar.Hər kəsin xəyalında dəyişməyən bir şey qalır ...Məktəb illəri.Həqiqətən əvəzsiz illərdir ...İnsana 11 il bir dəfə verilir .İlk dəfə yazmağı öyrənirsən..Belə deyək..Həyatın və elmin ilk əlifbasın vərəqləməyə başlayırsan.Gözəl duyğulardır..
Şərhlər(12)
Maraqsız düşüncələr -
baxış188
"P" Xidməti
Yazar: Vuq@r Tarix: Sentyabr 8, 2008 23:40
Bu şəkilə diqqətlə baxın …......Baxdınız ? Nə düşündünüz ? deyim də sizə nə düşündünüz.Bəziləri düşündü ki şəkildi də .Burda düşünməli nə var ki ..Bəzilərinin də üzündə gülümsəmə oyandı ...Mən üzü gülümsəyənlərə səslənirəm....
Şərhlər(17)
Maraqsız düşüncələr -
baxış216
Sevgili düşüncələrim
Yazar: Vuq@r Tarix: Sentyabr 4, 2008 0:20
Gecə saatlari ..Gün bu günü qovub ertesi gün etmişdi .Komputeri söndürüb həyətə düşdüm.Sinəmdə sanki ağır bir şey hiss etdirdim....Ürəyim idi .Niyə bu qədər ağırlaşmışdı ? Sevgini tək daşımaqdan idi hərhalda
Şərhlər(27)
Maraqsız düşüncələr - WWW.ICELL.TK
- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa







Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
Şuşa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993















